Böyük Britaniya və Şimali İrlandiyanın Kraliçası Ülyahəzrət II Elizabet 6 fevral 1952-ci ildə taxta çıxanda bu yana ABŞ-da 12 prezident dəyişib.

Metbuat.az-ın xarici KİV-ə istinadən xəbərinə görə, II Elizabet, İngilis Millətlər Birliyilinin üzvü olan 53 ölkədən 16-nın kraliçasıdır. Harri Trumen, Duayt Eyzenhauer, Con Kennedi, Lindon Conson, Riçard Nikson, Cerald Ford, Cimmi Karter, Ronald Reyqan, Corc Herbert Uoker Buş, Bill Klinton, Corc Buş, Barak Obama və Donald Tramp... Kraliça bu siyahıdan sadəcə Lindon Consonla tanış ola bilməyib. Donald Trampla isə bu gün tanış olacaq.

Harry Truman Kraliçanın şahzadə olduğu 1951-ci ildə onunla görüşən ilk ABŞ prezidenti olub.

Bu Kraliça 12 ABŞ prezidentini görüb, 11-i ilə tanış olub

Yeddi il sonra Duayt Eyzenhauer İngiltərəyə səfər edib.

Bu Kraliça 12 ABŞ prezidentini görüb, 11-i ilə tanış olub

Con Kennedi və həyat yoldaşı 1961-ci ildə İngiltərəyə səfər edib. Kraliça o zaman 35 yaşında idi. Bukinqam Sarayında dövlət ziyafəti təşkil olunub və diqqət çəkən cütlüyün ziyarəti “The Crown” televiziya serialında da nümayiş olunub. İki il sonra, 22 noyabr 1963-cü ildə Kennedi Dallasda sui-qəsdlə öldürülüb.

Bu Kraliça 12 ABŞ prezidentini görüb, 11-i ilə tanış olub

1963-cü ildən 1969-cu ilə qədər ölkəyə rəhbərlik edən Lindon Conson, Kraliça ilə heç vaxt tanış olmayan yeganə ABŞ prezidenti idi. Kraliça çox güman ki, Kennedinin cənazəsində Consonla tanış ola bilərdi. Ancaq o vaxt 5 aylıq hamilə olduğu üçün, mərasimə şahzadə Filip qatılmışdı.

Riçard Nikson, 1969-cu ilin fevralında baş nazir Harold Uilsonu ziyarət edən zaman Bukinqam Sarayında Kraliça ilə də günorta yeməyi yeyib. Nikson 5 ay sonra Vatergeyt qalmaqalından sonra istefa verib.

Bu Kraliça 12 ABŞ prezidentini görüb, 11-i ilə tanış olub

Cerald Ford prezident olanda iki il yarım müddətində İngiltərəyə səfər etməyib. Ancaq Kraliça 1976-cı ilin iyulunda ABŞ-a səfəri zamanı onunla görüşüb. Onlar Ağ Evdə axşam yeməyi zamanı rəqs ediblər.

Bu Kraliça 12 ABŞ prezidentini görüb, 11-i ilə tanış olub

Bu Kraliça 12 ABŞ prezidentini görüb, 11-i ilə tanış olub

Cimmi Karter 1977-ci ilin mayında Bukinqam Sarayını ziyarət edib.

Bu Kraliça 12 ABŞ prezidentini görüb, 11-i ilə tanış olub

Kraliça

ilə xüsusi münasibət üçün daha çox iş görən prezident Ronald Reyqan olub. O,

1980-ci illərdə Londonda 3 dəfə Kraliça ilə görüşüb. Reyqanın Kraliça ilə ilk dəfə

görüşü 1982-ci ildə Vindsor Qalasında təşkil olunub. O, 1989-cu ildə Ağ Evdən

ayrıldıqdan sonra Kraliça ona fəxri şahzadəliklə təltif edib.

Bu Kraliça 12 ABŞ prezidentini görüb, 11-i ilə tanış olub

Kraliça ilə tanış olan səkkizinci prezident ata Corc Buş olub. O, 1989-culun mayında andiçmə mərasimindən sonra Kraliça ilə tanış olub.
Kraliça iki il sonra Birləşmiş Ştatlara səfər edən zaman, Ağ Evin kənarında çəmənlik ərazidə danışmaq üçün ayağa qalxıb. Ancaq nə qədər çalışsa da, Corc Buş üçün nəzərdə tutulan mikrofona boyu çatmayıb. Bu vəziyyət Kraliçanın özünü də güldürüb

Bu Kraliça 12 ABŞ prezidentini görüb, 11-i ilə tanış olub

Bill Klinton da bir neçə dəfə Kraliça ilə görüşüb (1994, 1995, 2000-ci ilin dekabrı).

Bu Kraliça 12 ABŞ prezidentini görüb, 11-i ilə tanış olub

Barak Obama 2009-cu ildə Böyük Britaniyaya səfər edərək Kraliça ilə tanış olub. Obama, 2016-cı ilin aprelində sonuncu səfəri zamanı, helikopterində Kraliça ilə birgə Vindsor Qalasına enib və şahzadə Filiplə salamlaşıb.

Bu Kraliça 12 ABŞ prezidentini görüb, 11-i ilə tanış olub

Kraliça bu gün ABŞ-ın hazırki prezidenti Donald Trampa görüşəcək.

Günay Elşadqızı / METBUAT.AZ

“Bəziləri yazmışdı ki, qalstkunuzun rəngi ilə köynəyinizin rəngi uyğun gəlmir” – Rəşad Məcidlə müsahibə