3 aylıq uşaq maşında istidən ölüb.

Metbuat.az milli.az-a istinadla xəbər verir ki, ABŞ-ın İndiana ştatında qadın 3 aylıq övladını avtomobildə qoyaraq işə gedib. O, işdən qayıdanda avtomobildəki körpəsinin huşsuz vəziyyətdə olduğunu görüb.

Qadın Aiden Miller adlı körpəsini xəstəxanaya çatdırsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Qeyd edək ki, çöldə havanın tempraturu 30 dərəcə olub.

Sevgilisindən 17 yaş böyükdür - Foto - Oxumaq üçün tıkla