Gürcüstanın 17 vətəndaşı Afrika sahillərində yoxa çıxdı

Gürcüstanın 17 vətəndaşı Afrika sahillərində yoxa çıxdı
03:58 19 Avqust 2018
31 Digər
Ölkə mətbuatı
A- A+

Göyərtəsində Gürcüstanın 17 vətəndaşının olduğu “Pantelena IMO 9321469” neft tankeri Afrika sahillərində itib və avqustun 14-dən əlaqəyə qoşulmur.

Publika.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, bu haqda Gürcüstanın Xarici İşlər Nazirliyindən bildiriblər.

İdarənin açıqlamasına görə, tankerlə son əlaqə Qvineya körfəzində qeydə alınıb. Xarici İşlər Nazirliyi bildirib ki, Gürcüstanın İqtisadiyyat Nazirliyi Dəniz Nəqliyyatı Agentliyi ilə birgə tankerin itməsinin şəraitini müəyyənləşdirir. Ölkə hakimiyyəti həmçinin, tankerin sahibi olan Panama ilə əməkdaşlıq edir.

“Araşdırmaya bundan başqa regionun hərbi dəniz qüvvələri və Böyük Britaniyanın ticarət gəmiçiliyinin təhlükəsizliyin təmin olunması üzrə mərkəzi qoşulub”, - idarədən qeyd ediblər.

Daha əvvəl Gürcüstanın Xarici İşlər Nazirliyinin konsul departamentinin direktor müavini Vladimir Konstantinidi jurnalistlərə bildirib ki, gəminin itməsinin dəniz quldurlarının hücumu ilə bağlı olmasını istisna etmək olmaz.


Xəbərin orijinal ünvanı: https://publika.az/news/diger/250928.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR