QMİ-dən Həcc ziyarətində olan azərbaycanlı zəvvarların vəziyyəti ilə bağlı AÇIQLAMA

Qafqaz Müsəlmanları İdarəsi (QMİ) Həcc ziyarətində olan azərbaycanlı zəvvarların vəziyyəti ilə bağlı açıqlama yayıb.

İdarədən Metbuat.az-a verilən məlumata görə, Məkkə şəhəri və ətrafında qeyri-sabit hava şəraiti ilə əlaqədar ötən gün və bu gün hazırda Məkkədə olan QMİ nümayəndələri ilə telefon əlaqəsi saxlanılıb.

Bildirilib ki, Həcc qrupları rəhbərlərinin verdiyi məlumata görə, Azərbaycanlı zəvvarlar həcc ibadətlərini normal qaydada davam etdirir, bütün həccaclarımız sağ və salamatdır, meydana gələn qeyri-sabit hava şəraitindən həcdə olan Azərbaycan vətəndaşlarının heç biri zərər çəkməyib: "Sentyabr ayının 1-dən etibarən zəvvarlarımız əvvəlcədən müəyyənləşdirilmiş qaydada qrup-qrup Vətənə qayıtmağa başlayacaqlar".

ŞOK: Qobi səhrasında gizli hərbi-kosmik baza aşkar edildi - VİDEO - Oxumaq üçün tıkla


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR