"Dünya gözəli 2018" titulunu 23 yaşlı vyetnamlı Fıonq Kxan Nquen qazanıb.

Teleqraf.com-un xəbərinə görə, o, marketinqi öyrənir, ingilis dilini bilir.

Qeyd edək ki, Fıonq Kxan Nquen bu müsabiqədə qalib gələn ilk vyetnamlıdır.

Müsabiqə noyabrın 3-də Filippinin Manila şəhərindəki Mall of Asia Arena-da keçirilib.