Çörəyi öpüb, başa qoymaq SİTAYİŞDİR?

Xalqımızda belə bir adət var: Yerdə çörək parçası görəndə onu qaldırıb, uca bir yerə qoymaq lazımdır. Yaxud, çörəyi tərs çevrilmiş şəkildə masaya qoymaq olmaz. Mütləq üz hissəsi yuxarıda qalmalıdır...

Bütün bunlar göstərir ki, xalqımız çörəyə müqəddəs bir nemət kimi, bərəkət kimi qiymət verir və onu uca tutur. Lakin bəzi insanlar çörəyə olan bu münasibəti sitayiş kimi qəbul edir.
İlahiyyatçı Hacı Fuad Pənahlı isə Metbuat.az-a açıqlamasında qeyd edib ki, insanların bunu sitayış kimi başa düşməsi elmin azlığından irəli gəlir:

“Normal bir təfəkkür çörəyə sitayiş olunmayacağını anlayır. Bunu 5-ci sinifdə oxuyan uşağa da desən, bilər ki, çörəyə, ətə, südə və s. sitayiş etməzlər. Sitayiş olunası məvhum tamamilə başqa bir anlayışdır. Din çörəklə bağlı sadalanan fikirləri insanlar üçün vacib hesab etmir. Din sadəcə deyir ki, Allahın nemətinə hörmətsizlik etməyin, israf etməyin. Bu prinsiplə baxanda, yerə düşən müəyyən nemətləri götürmək israfın qarşısını almaq deməkdir.Bunların hamısı tərbiyəvi addımlardır.

Bəzən kimsə aş yeyəndə, düyünün yarısını yerə tökür. Bunlar dinə xoş gəlməyən şeylərdir, amma din bunu vacib etməyib. Din deyib ki, Allahın verdiyi nemətləri hörmətsizliklə, qudurğanlıqla qarşılamayın. Allahın nemətlərini bu cür istifadə etməyin ki, o sizin əxlaqın psiliyinə, o əxlaqın pisliyi isə sizin axirətdə əzab çəkməyinizə səbəb olmasın”.

Xəyalə Məmmədova / METBUAT.AZ

“Gəlin və 4 uşaq yanaraq tanınmaz hala düşüb” - İcra nümayəndəsi - Oxumaq üçün tıkla


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR