"Cin çıxarma" DƏHŞƏTİ - Elm və din buna nə deyir?

“Cin çıxarma” adı ilə bir qrup dəstənin ruhi xəstəni döyərək öldürməsi xəbəri son günlər ölkə gündəminin əsas xəbərlərİndən birinə çevrilib.

Hadisədən dərhal sonra sosial şəbəkədə baş verən olayla bağlı müxtəlif tənqidlər səsləndi. Bəziləri XXI əsrdə insan bədəninə cin girməsi hadisəsini absurd hesab etsə də, bəziləri bunun reallığa uyğun olduğunu bildirdilər. Bu səbəblə, məsələni hər iki tərəflə - elmi və dini cəhətdən izah etmək istədik.

Bununla bağlı Metbuat.az-a açıqlama verən parapsixoloq Vüsal Mərdanlı qeyd edib ki, cin insanın bədəninə güclü qorxu zamanı daxil olur:

“Cinləri insanlar adi gözlə görə bilməz. Onların görüntü və səsləri kameralara düşə bilir. İnterneti araşdırsanız, kameraya düşən cinlərlə bağlı videoları görə bilərsiz. Cadulanmış insanlar isə onları adi gözlə yox, hallüsinasiya zamanı görürlər. Lakin çılpaq gözlə heç kim onu görə bilməz. Kim gördüyünü deyirsə, yalandır. İnsanın bədənindəki cini döyməklə çıxarmaq olmur”.

Məsələnin dini tərəfini izah edən ilahiyyatçı Hacı Fuad Pənahlı isə əlavə edib ki, cin çıxarmağı bilən insanı tapmaq çətindir:

“Dini həyatdan ayırmayaq. Din insanların məşğuliyyəti deyil, məhdud insanların seçimi deyil, din böyük bir həyat fəlsəfəsinin açıqlamasıdır. Hər şey dində var. Din bütün dünyadakı sirlərdi öyrədən ilahi qanunların məcmuəsidir. Cinlərin varlığı var. Quranda cinlərin olduğu haqqında məlumat var. Həmçinin, məntiq və dəqiq elmlərə baxdıqda kainatda metafizik güclər, mistik hadisələrin baş verəməsi, yer üzündə insanlarla yanaşı başqa varlıqların da olduğunu sübut edir. Onların da insanlar kimi yaxşı və pisləri də var. Onların da insana əziyyət vermələri olur. Sadəcə bu elmləri bilmək, bundan Allah istəyən kimi istifadə etmək və bunu insanların xeyrinə istifadə eləməyin məsələsinə gələndə, susuram. Çünki bunu bilən insanları tapmaq çox çətindir. Hər yerindən duran şəxs cin çıxardığını deyirsə, bu insanlara inanmıram”.

Xəyalə Məmmədova / METBUAT.AZ

Çörəyi öpüb, başa qoymaq SİTAYİŞDİR? – İZAHI – TIKLAYIN!


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR