Metbuat.az yeni “1 daşla 9 quş” layihəsinə start verib.
Layihədə 9 fəlsəfi suala 1 cümləlik cavablar veriləcək.
Bu dəfə müsahibimiz istedadlı və uğurlu gənc iş adamı, WebsiteCA StartUp-nın təsisçisi Rəşad Mirzəyevdir.
- Niyə varsan?
- Bir sınaq üçün.
- Niyə yox olacaqsan?
- Sınağın nəticəsini öyrənmək üçün.
- Niyə yazırsan?
- Fikri ifadə etməyin bir yolu da yazmaqdır.
- Yaşamaq nədir?
-Atomlarımızın, hüceyrələrimizin sözü bir yerə qoyub, birlik olub ali bir məqsəd üçün çalışmasının nəticəsi.
- Ölüm nədir?
- Növbəti dayanacağımız.
- Ədalət nədir?
- 1 tərəfdə 500 milyon dollarlıq şəxsi təyyarə, 1 tərəfdə Yəməndə acından ölən qız.
- Azadlıq nədir?
- Tam azadlıq utopiya, nisbi azadlıq isə arzudur.
- Yaradıcılıq nədir?
- Fərqli insanların məşğuliyyəti.
- İnsan kimdir?
- Öz təxəyyülünün təcəssümü.
Tural İsmayılov/Metbuat.az