Panamada yeni kəşf edilən və başını quma basdıran amfibik canlıya ABŞ prezidenti Donald Trampın adı verilib.
Publika.az xəbər verir ki, buna səbəb Trampın iqlim dəyişiklikliyinə inanmaması və bu məsələni gözardı etməsidir.
"BBC Nyus"un məlumatına görə, “EnviroBuild” davamlı tikinti materialları şirkəti ad haqqı üçün 25 min dollar ödəyərək canlıya “Dermorphis donaldtrumpi” adını verib.

10 sm ölçüsü olan canlını kəşf edən elm adamları onun adını kitaba həmin şəkildə saldırıb.
Qeyd edək ki, Donald Tramp ötən ay verdiyi açıqlamada iqlim dəyişikliyinin faciəvi nəticələrini görmədiyini demişdi.
Xatırladaq ki, yeni canlı Donald Trampla eyni adı daşıyan ilk canlı deyil. Bundan əvvəl kəşf olunan yeni kəpənək növünə də rənginə görə 45-ci prezidentin adı verilib.

Zümrüd