Somalinin paytaxtında güclü partlayış olub.

Milli.Az Sputniknews-a istinadla xəbər verir ki, Moqadişu şəhərində iki yerdə, - muzeylə, dövlət teatrı binasının arasındakı küçədə partlayış baş verib.

Hadisəyə səbəb bomba yüklü avtomobillərin partladılmasıdır.

Nəticədə azı 6 nəfər ölüb, 13 nəfər yaralanıb.

Məlumata görə, ölənlər arasında mülki vətəndaşlarlla yanaşı hərbçilər də var.

Bəxtiyar Umarlı
Milli.Az