Gürcüstan Müsəlmanları İdarəsi (GMİ) Ali Dini Şurasının toplantısı keçirilib. Toplantıda təşkilati və cari məsələlərə baxılıb.
Metbuat.az xəbər verir ki, toplantıda GMİ sədrinin səlahiyyət müddəti başa çatdığı üçün quruma yeni rəhbər seçkisi keçirilib. Qurumun sədri vəzifəsi uğrunda ruhanilərdən Ramin İgidov, Rahid Kərimov və Namiq Hüseynov mübarizə aparıblar.
Hacı Ramin İgidov səsvermə yolu ilə növbəti 5 il müddətinə qurumun sədri seçilib. Səsvermədə idarənin Ali Dini Şurasının 21 üzvündən 17-si iştirak edib.
Sabah dolları bu qiymətə alacaqsınız - Mərkəzi Bank - Oxumaq üçün tıkla