Ermənistan Silahlı Qüvvələri üçün tikinti-abadlıq işlərində mənimsəmələr aşkar edilib.
Metbuat.az ordu.az-a istinadən xəbər verir ki, Ermənistan Silahlı Qüvvələrində tikinti-abadlıq işləri aparılması üzrə şirkətlə müqavilə imzalanıb. Bu zaman bilərəkdən, mənimsəmə məqəsdilə saxta sənədlər tərtib edilib.
Şirkət 2013-cu ildə səhra anbarları, qarovul binası və yanğın əleyhinə anbar çevrəsində divar çəkməyi öhdəsinə götürüb. Lakin normativ sənədlərə uyğun göstərilən öhdəliyi yerinə yetirməyib. Eyni mənimsəmnə halı həmin şirkətlə 2017-ci ildə bağlanmış müqavilə əsasında da baş verib. Xüsusilə səhra anbarlarının inşaasında təyin edilmiş normativlərə əməl edilməyib. Əldə edilmiş sübutlar əsasında şirkət rəhbərinə qarşı cinayət məcəlləsinin bir neçə maddəsi üzrə ittiham irəli sürülüb. Cinayət işi məhkıəməyə göndərilib.
Hərtərəfli araşdırmalar nəticəsində Ermənistan Silahlı Qüvvələri üçün inşa edilən digər yardımçı təsərrüfat binalarının inşaası prosesində də mənimsəmələrə yol verildiyi aşkar edilib.
İlkin araşdırma nəticəsində 10 nəfərə qarşı ittiham irəli sürülüb. Bunlardan 7 nəfər müxtəlif şirkət rəhbərləri, 3 nəfər isə yüksək vəzifəli hərbçilərdir. Lakin onlara qarşı son əhv fərmani tətbiq edilib.
Daha bir şirkət rəhbəri barədə isə axtarış elan edilib.