Ebru Gündəş hamiləlik iddialarına diqqət çəkən şəkil paylaşıb.
“Bəyaz TV”de yayımlanan “Söyləməzsəm Olmaz” verilişində aparıcı Bircan Bali Ebru Gündəşin hamilə olduğunu və uşağı dünyaya gətirmək üçün Amerikaya gedəcəyini iddia edib. Məşhur müğənni isə İnstagram hesabından maraqlı bir şəkil paylaşıb.
Metbuat.az xəbər verir ki, iddialar ardından gülərkən şəkil paylaşan Ebru “bu aralar sadəcə gülürəm. Siz də elə edin” sözlərini yazıb. İzləyiciləri tərəfindən 100 mindən çox bəyənilən şəkil son günlərdəki iddialara cavab olaraq qəbul edilib.