Müğənni Selami Şahin Yeni ilin ilk konsertini verib.
Metbuat.az axşam.az-a istinadən bildirir ki, ifaçı səhnədə mahnılarını oxumaqla yanaşı, eyni zamanda səmimi etiraflar edib. Anasının misirli olduğunu və türk dilini 8 yaşında öyrəndiyini söyləyən Selami 15 yaşında İstanbula gəldiyini vurğulayıb:
"Beyoğlu istiqamətində küçələrdə işləyirdim. Tualet təmizləmişəm. Ana və atama göndərəcəyim pul azalmasın deyə soğan, çörək yeyirdim".