“Report” “CNNTürk”ə istinadən xəbər verir ki, 13 nəfərlik heyəti olan gəmidə Türkiyə Sahil Mühafizəsi (Sahil Güvənlik) tərəfindən xilasetmə əməliyyatı aparılır. Samsun valiliyindən verilən məlumata görə, hal-hazırda 6 nəfər xilas edilib, iki nəfərin isə öldüyü məlum olub.
Gəmi heyəti arasında 9 nəfər Ukrayna, 2 nəfər Azərbaycan, 2 nəfər də Rusiya vətəndaşının olduğunu bildirən valilik axtarış xilasetmə əməliyyatına 1 təyyarə, 4 helikopter, 4 gəminin cəlb olunduğunu qeyd edib.