Möcüzə nəticəsində sağ qalan İlham Zəkiyev - VİDEO

ARB TV-də "Öz evimizdir" proqramının növbəti qonağı paracüdoçumuz, 2 dəfə Paralimpiya Oyunları çempionu, 2 dəfə dünya çempionu, 5 dəfə Avropa çempionu, Qarabağ əlili və qazisi İlham Zəkiyev olub.

Metbuat.az xəbər verir ki, İlham Zəkiyev kiçik yaşlarından idmana həvəs göstərdiyini bildirib:

"Kiçik yaşlardan güləşə həvəs göstərirdim. Cüdo ilə məşğul olmağa başladım. Sonuncu yarışım 1998-ci ilin iyun ayında oldu. 1 ay sona hərbi xidmətə çağrıldım. Kəşfiyyatçı kimi qulluq etdim. Hərbi döyüş tapşırığı yerinə yetirən zaman düşmənin snayper gülləsinə tuş gəldim. Sol gicgahımdan daxil olub, sağ gicgahımdan çıxdı. 5 gün komada qaldım. Həkimlər valideynlərimə bildirdilər ki, hazırlığınızı görün, öləcək, qalmayacaq, idmançıdır deyə ürəyi döyünür. 5 gün sonra anamın səsinə komadan ayıldım. Amma bir daha anamı görə bilmədim. Görmək qabiliyyətimi tamamilə itirdim".


Sabah hava belə olacaq - Proqnoz açıqlandı - Oxumaq üçün tıkla


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR