Bakı. Trend:

ABŞ HHQ Somalidə "Aş-Şabab" terror qruplaşmasının mövqelərinə hava zərbələri endirib.

Trend-in məlumatına görə, Aşağı Şabelle əyalətinə endirilən hava zərbələri nəticəsində terror qruplaşmasının 6 üzvü məhv edilib.

Bundan əlavə, terrorçulara məxsus 1 avtomobil də məhv edilib.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin