Məşhur müğənni Gülben Ergen sosial media hesabında 32 il əvvəl çəkilmiş bir fotosunu paylaşıb.
Metbuat.az Türkiyə mediasına istinadla bildirir ki, müğənni 15 yaşında olarkən çəkilmiş bu fotosunu “İnstagram”da “1987-ci il. Əllər beldə, bayramlıq köynək, su keçirən saatım, kiçik sırğalarımla poz verməyə çalışıram” sözləri ilə paylaşıb.
Paylaşıma on minlərlə şərh və bəyənmə gəlib.