"Report" "Anadolu" agentliyinə istinadən xəbər verir ki, bu barədə ABŞ-ın Afrika Qüvvələri Komandanlığı (AFRICOM) məlumat yayıb.
Məlumata görə, ötən gün Bay rayonu ərazisinə endirilmiş hava zərbəsi nəticəsində qruplaşmanın 6 döyüşçüsü, iki gün əvvəl Bağdaad bölgəsində keçirilmiş əməliyyat zamanı isə 4 silahlısı zərərsizləşdirilib.
ABŞ hərbçiləri son həftə ərzində Somaliyə 5 hava zərbəsi endirib. Nəticədə "Aş-Şabab" qruplaşmasının 26 silahlısı zərərsizləşdirilib.