“Liverpul” ciddi itki ilə üzləşib.

Metbuat.az-ın “The Telegraph”a istinadən yaydığı xəbərə görə, Trent Aleksandr-Arnold zədələnib. İngilis müdafiəçi məşq zamanı dizindən xəsarət alıb. 20 yaşlı futbolçunun təxminən bir ay meydana çıxa bilməyəcəyi bildirilir.

Qeyd edək ki, Aleksand-Arnold bu mövsüm Premyer Liqada 17 oyuna çıxıb və 1 qol vurub.