Bu əfsanəvi yəhudi balerinanı rəqsi yox, qətli məşhurlaşdırıb.Milli.Az ölkə.az-a istinadən bildirir ki, Osvensium ölüm düşərgəsində soyunmaq əmr edilən rəqqasə nasistlərin qarşısında striptiz göstərdi. O, rəqs vaxtı həbsxana nəzarətçilərinin birinin tapancasını ələ keçirdi və digərinə atəş açdı. Fransiska Mann bütün qadınları ayağa qaldırdı. Bəziləri almanların burnunu qopardı, bəziləri isə həbsxana nəzarətçilərinin dərisini soydu. Bu gün bu qadının həyatı haqqında oxuculara kiçik yazını təqdim edirik.Balerina Fransiska Rozenberq böyük ümidlər bəslənən rəqqasə idi. Varşavadakı rəqs məktəbinin müəllimi İren Prusiki onun istedadını kəşf etmişdi. Düşünülürdü ki, Franseska polyak rəqsinin gələcəyidir. Qız isə həm müasir, həm də klassik rəqsi bacarırdı. 1939-cu ildə balerina Brüsseldə keçirilən beynəlxalq rəqs müsabiqəsində dördüncü yeri tutdu. Böyük və kiçik səhnələr, müqavilələr, pərəstişkarlar və şəxsi məktəb - bunlar hamısı bir əl qədər uzaqda idi. Amma nasistlərin gəlişi hər şeyin üstündən xətt çəkdi.Hitler Almaniyası Polşaya hücum edəndə yəhudilərin əsas məqsədi sağ qalmaq idi. Yüz minlərlə yəhudi kimi 23 yaşlı Fransiska da Varşava gettosuna daxil edildi. Balerina artıq ərə getmişdi və Mann soyadını daşıyırdı. O, getto ərazisindəki "Melody Palace" adlı kabare-teatrda çıxış etməyə başladı. Amma Fransiska aza qane olmağa öyrəşməmişdi və əsir statusu onun xoşuna gəlmirdi.1942-ci ildə nasistlər Varşavada yəhudilərə xilas olma şansı verdilər. Neytral ölkənin pasportunu göstərənlərə alman əsirləri ilə dəyişdirmək üçün Almaniyadan çıxmağa icazə verdilər. Təbii ki, belə sənədlər getto sakinlərində yox idi. Amma almanlarla əməkdaşlıq edən "Jaqev" təşkilatının yəhudi-kollaborasionistlərinin köməyi ilə bu xəbər yayıldı. Onlar gizli şəkildə bu məlumatı bütün gettoda yaydılar. Getto sakinləri isə bunu gizli yaşayan yəhudilərə ötürdülər. Onlar isə əlaqələrini işə saldılar və İsveçrədəki yəhudi fondları Varşavaya Cənubi Amerika ölkələri vətəndaşlığı olan pasportlar göndərdilər.1943-cü ilin mayında bu pasportlar çox baha qiymətə satılmağa başladı. Pasport bu dövrün qiymətləri ilə 20 min dollara satılırdı. Belə pul isə ancaq hələ də azadlıqda qalanlarda ola bilərdi. Qısacası, etibarlı sxem fırıldağa çevrildi. Almanlar isə o vaxt heç bir dəyiş-düyüşdən danışmamışdılar. Bu sənədlərlə bir neçə yüz yəhudi Fələstində əsir saxlanılan almanlarla dəyişilərək xilas ola bildi. Pasportu alan digər 3 min nəfər isə ölümü düşərgə və həbsxanalarda gördülər. Gestapo, sadəcə, getto sərhədlərindən kənarda gizlənənləri üzə çıxarırdı. Xilas olmaq ümidi ilə yəhudilər dəyərli əşyaları ilə nasistlərin əlinə keçdilər. Polşanın "ari" hissəsindəki "Polşa" otelində "həyata buraxılış vərəqəsi" alanları yerləşdirdilər. Burada isə yəhudilərin Cənubi Afrika Respublikasına səfərini təşkil edəcək təşkilat yerləşirdi. Tezliklə Fransiska Mann da otel nömrələrindən birinə yerləşdi.Şayələrə görə, balerina rəfiqəsi aktrisa Vera Qran kimi almanlarla əməkdaşlıq edir. Bəlkə də Mann aldanmışdı və xilas ediləcəyinə inanırdı. Bəlkə də balerina əməliyyatın təsadüfi qurbanı idi. O, pasportu qır-qızılını sataraq ala bilərdi və ya hansısa pərəstişkarı ona bunu hədiyyə edə bilərdi.1943-cü ilin iyul ayında otelə polis gəldi. 300 qonaq fransız Vittelinə, dəyişdirilmək üçün aparıldı. Digər 3 min nəfər isə Almaniyanın cənubuna Burqau düşərgəsinə aparıldı. Buradan isə guya onları İsveçrəyə göndərəcəkdilər. Fransiska da bu qrupda idi. Qatar uzun müddət yol getdi. Vaqonlar Almaniyanın cənubunda yox, Osvensiumda dayandı. Sərnişinlərin heç nədən xəbəri yox idi. Üçüncü Reyxin XİN rəhbəri Frans Hessler onları qarşıladı. O, əslində, düşərgənin mühafizə xidmətinin rəisi idi. Sərhədi keçmədən əvvəl əsirlərə duş qəbul etməyi təklif etdilər.Fransiska digər qadınlarla birlikdə baraka yola düşdü. Bu barak isə, əslində, qaz kamerasından əvvəl soyunma otağı idi. Havada isə qəribə qoxu var idi. Əsirlər arasında nasistlərin yəhudiləri öldürüb yandırdığı barədə söhbətlər dolaşmağa başladı. Onları müşayət edənlər də qəflətən kobud rəftara başladılar və soyunmaqdan imtina edənləri avtomatın qundağı ilə döyməyə başladılar. Qaçmağa yer yox idi. Mann elə-belə ölməmək qərarına gəldi.Balerina əynindəki paltarları bir-bir çıxarmağa başladı. Mühafizəçilər isə onu izləməyə başladılar. Fransiska artıq itirməyə heç nə qalmadığını düşünərək striptiz oynamağa başladı. Onun rəqsi nəzarətçiləri ovsunladı. Fransiska tam soyunandan sonra serjant Emmerixi ayaqqabısı ilə vurdu. Serjant sifətinin qanını silib tapançasını çıxaranda balerina tapançanı onun əlindən alaraq atəş açdı. İki güllə Osvensiumun ən qanlı sadistlərindən biri Yozef Şillingerin qarnına sancıldı. Sonra isə Emmerixi ayağından vurdu. Bu, soyunma otağındakı qadınlar üçün bir siqnal oldu. Həyat uğrunda mübarizə başladı. Yaralı nasistlər küçəyə çıxaranda, rəis soyunma otağını bağlayıb divarlardan içəridəki üsyançıları güllələməyi əmr etdi.Sonradan məhkəmədə Adolf Eyhman təsdiqlədi ki, sadizmi ilə məşhur olan Şillingeri, həqiqətən də, yəhudi rəqqasə qətlə yetirib. Emmerix isə sağ qalsa da, güllə onun dizini ciddi zədələyir. O, artıq normal hərəkət edə bilmirdi.O qanlı hadisənin şahidləri az qalıb. Zonderkomandanın üzvü, slovakiyalı yəhudi qadın üsyanı barədə 1979-cu ildə çıxan xatirələrində məlumat verib. 2015-ci ildə isə Osvensiuma yeni gələnlərin əşyalarını çeşidləyən David Vişnau da yuxarıda sözügedən hadisə barədə məlumat verib. O, barakı gözlərinin qarşısında güllələdiklərini, amma içində nələr olduğunu bilmədiyini bildirib.Sonra baş verənlar barədə isə deyilir ki, Fransiska Mann digər qadınlarla qaz kamerasına salınıb və orada yandırılıb. Digər versiyaya görə isə, qadınları küçəyə çıxarıb güllələyiblər...Milli.Az