Hamı sirli adamdan danışır! Kasıbların qapısına

Türkiyədə Bəyoğlu, Hasköydə, gecəqonduların əksəriyyətdə olduğu bir məhəllədə 1 ay içərisində, bir çox adam səhər oyananda, ya da işə gedərkən qapılarından içəri atılmış içində 1000 lirə olan bir zərflə qarşılaşıb.

Metbuat.az türk mediasına istinadla xəbər verir ki, indi hamı "Xızır" adını qoyduqları bu xeyriyyəçinin kimliyini axtarır.

Hasköy əksəriyyəti xarabalıqdan ibarət məhəllədə hər kəs 1 aydır ki, gecə qapılarının arasından buraxılan pul dolu zərfləri və bunu kimin etdiyini danışır.

Bəzi adamlar səhərə qarşı məhəlləyə girir və əvvəlcədən müəyyənləşdirdikləri maddi vəziyyəti pis ailələrin qapıları arasından içəriyə zərf qoyur. Bəzi evə tək, bəzilərinə isə 2 və ya 3 zərf qoyur. Zərflərin hər birindən 1000 lirə çıxır.

Eyni zərflərin başqa evlərə də buraxıldığını öyrənənlər, daha sonra bunun bir yardım paketi olduğunu anlayaraq rahatlanır.

Məhəllə sakinlərindən Paşa Əli Alim, "səhər namaz vaxtı qalxdım. Dəstəmaz aldım. Bir səs oldu və çölə çıxdım. Baxdım bacımla danışırlar. Nə olub, - dedim. Əmi, bir az pul verdim bazarlıq pulu edərsiniz- dedi.. 3 zərf aldıq. Hardan gəldi bu pul?" deyib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR