Ermənistanda vur-çatlasın (VİDEO)

Ermənistanda vur-çatlasın (VİDEO)
17:31 14 Yanvar 2015
128 Dünya
Ölkə mətbuatı
A- A+

Ermənistanda etirazçılar avtoyürüş keçirib.

ANS PRESS-in məlumatına görə, aksiya iştirakçıları Gümrüdə Avetisyanov ailəsinin 6 üzvünün qətlində şübhəli bilinən şəxsin Ermənistana veriləməsi tələbi ilə çıxış ediblər. Vilayət administrasiyasına tərəf hərəkət edən etirazçılarla polis arasında qarşıdurma olub.

Polislər vilayət administrasiyasına girişin qarşısını kəsiblər. Bu zaman etirazçıların administrasiya binasına yaxınlaşması və pəncərəyə plakatlar bərkitməyinə icazə verilməyib.

Qeyd edək ki, yanvarın 12-də Gümrüdə Avetisyanov ailəsinin altı üzvü güllələnərək öldürülmüşdü. Sonradan qətli Rusiyanın Ermənistandakı 102-ci hərbi bazasının hərbçisi Valeri Permyakovun tərəfindən törədildiyi məlum olmuşdu. Bundan sonra Ermənistanda Rusiya əleyhinə aksiyalar alovlanmışdı. Aksiyalarda Rusiya prezidenti Vladimir Putinin Ermənistandan üzr istəməsini istəyənlər də var idi.













RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR