Edilən araşdırmalara görə insanların 35 faizi ilə 45 faizi pis nəfəs qoxusu ilə mübarizə aparır.
Metbuat.az xəbər verir ki, hər il ağzı təmizliyi məhsullarına təxminən 10 milyard dollar pul xərclənir. Amma evdəki məhsullardan da istifadə edərək ağız qoxusundan xilas olmaq mümkündür.
Limon və ya portağal qabığı çeynəyin.
Nanə yarpaqları pis nəfəsə qarşı mübarizə aparır və ağızı təravətləndirir. Mixək, razyana toxumu kimi ədviyyatlar da ağız qoxusu ilə mübarizə aparmaq üçün mükəmməldir. Soda da hal-hazırda təmin edilə bilən başqa bir təbii qarqaradır. Bir stəkan suya bir çay qaşığı soda əlavə edin və qarqara edin. Bundan başqa nəm diş fırçasını sodaya batıraraq dişlərinizi təmizləyə bilərsiniz.
Çəmən otu yrapaqları ilə hazırlanan çay antibakterial bir ağız spreyidir.
su işmənin sağlamlığa bir çox faydası var və pis nəfəsdən xilas olmaq da bunlardan sadəcə biridir.
Dişlərinizi gündə 2 dəfə 2 dəqiqə fırçalayın, diş ipindən də gündə ən az 1 dəfə istifadə edin. Fırçalama və diş ipindən istifadə dişlərdə yığılan qidaları və qoxuya səbəb olan bakteriyaları təmizləyir.