Fransanın şimaal-şərqindəki bir toyuq fermasında yuvaya girməyə çaalışan bir tülkünün toyuqlar tərəfindən öldürüldüyü bildirilib.
Metbuat.az xarici mediaya istinadla bildirir ki, yuvaya girən tülkü yuvnın qapıının avtomaatik baağlanması ilə yuvadan çıxa bilməyib.
Fermanın yaxınlığında yerləşən məktəbin şagirdləri səhər yuvaya baş çəkdikdə tülkünün öldüyünü görüblər. Məktəbin müdiri Paskal Daniel açıqlamasında “Küncdə cansız halda yatırdı. Toyuqlar sürü instikti ilə hücum çəkiblər və onu dimdikləyərək öldrüblər”deyib.
Təbii yumurta istehsalı ilə məşğul olan toyuq fermasında toyuqlar gün ərzində sərbəst bir şəkildə dolaşır, axşamlar isə yuvalarda saxlanılır. Məktəb müdiri bundan əvvəlki tülkü hadisəsinin bir neçə il əvvəl baş verdiyini və çox sayda toyuğun tələf olduğunu bildirib.