"Hər yerin cəbhə xətti olduğunu dərk etdiyim üçün​..." - 1 daşla 9 quş

Metbuat.az da “1 daşla 9 quş” layihəsi davam edir.

Layihədə 9 fəlsəfi suala 1 cümləlik cavablar veriləcək.

Bu dəfə müsahibimiz Ordu.az saytının baş redaktoru Şahin Qocayevdir.

***

- Niyə varsan?

- Qarşıma qoyulan missiyanı yerinə yetirmək üçün.


- Niyə yox olacaqsan?

- Başqasının üzündə zühur etmək üçün, Bünyadov kimi...


- Niyə yazırsan?

- Hər yerin cəbhə xətti olduğunu dərk etdiyim üçün.


- Yaşamaq nədir?

- Qələbə həzzini hiss etmək .


- Ölüm nədir?

- Həyatda özünü tapa bilməmək, dərk etməmək.

- Ədalət nədir?

- Həyatı boyu axtarışında olduğumuz, lakin tapa bilmədiyimiz bir məfhum.

- Azadlıq nədir?

- Bütün çılpaqlığı ilə mağarada yaşamaq.

- Yaradıcılıq nədir?

- Təqdim etdiyin əsərin daima sirli qalması


- İnsan kimdir?

- Kainatın hər zərrəsini özündə əks etdirən varlıq


Tural İsmayılov/Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU LAYİHƏNİN DİGƏR YAZILARI

Media Savadlılığı