"Hər kəs yox olduğu üçün..." - 1 daşla 9 quş

Metbuat.az da “1 daşla 9 quş” layihəsi davam edir.

Layihədə 9 fəlsəfi suala 1 cümləlik cavablar veriləcək.

Bu dəfə müsahibimiz ARB TV-nin mətbuat xidmətinin rəhbəri Ozal İbrahimlidir.

***

- Niyə varsan?

- Bu dünyada üzərimə qoyulan vəzifələri icra etmək üçün.

- Niyə yox olacaqsan?

- Hər kəs yox olduğu üçün.


- Niyə yazırsan?

- Məlumatlandırmaq üçün.


- Yaşamaq nədir?

- Sevdiklərinlə, ailənlə birlikdə olarkən üzündə yaranan təbəssüm.


- Ölüm nədir?

- Yaşamın sonu.


- Ədalət nədir?

- Qərəzsiz verilən qərar.


- Azadlıq nədir?

- Sənə güvənənin güvənini boşa çıxartmamaq.


- Yaradıcılıq nədir?

- Reallığı düzgün şəkildə ifadə edə bilmək.


- İnsan kimdir?

- Qarşısındakını başa düşən.


Tural İsmayılov/Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU LAYİHƏNİN DİGƏR YAZILARI

Media Savadlılığı