Çox gözlədiyimiz 11 ayın sultanı Ramazan gəldi. Oruc tutanları maraqlandıran məsələlərdən biri 17 saatlıq uzun müddətdə susamağın qarşısını necə almaqdır.
Metbuat.az Türkiyə KİV-nə istinadən susamağın qarşısını alan reyhan şərbətinin hazırlanma qaydasını təqdim edir. Şərbəti hazırlamaq üçün bir dəstə reyhanı qabın içərisinə qoyub üzərinə sirkə əlavə edin. Reyhanları yaxşıca təmizlədikdən sonra içərisinə bir litr su əlavə edin.
Daha sonra qazanın içərisinə limon suyu, çubuq darçın və mixək əlavə edin.
Bütün məhsulları əlavə etdikdən sonra qazanın qapağını bağlayın. Reyhan şərbəti ilk olaraq mavi, daha sonra bənövşəyi, son olaraq qırmızı rəng alacaq.
Qarışığı 15 dəqiqə qazanda saxladıqdan sonra içərisindəkiləri süzgəclə süzüb servis edə bilrəsiniz.
Aysel Yaqubqızı / Metbuat.az