Sumqayıt bulvarı genişləndirilir

Sumqayıt bulvarı genişləndirilir
18:39 6 May 2019
85 Digər
Ölkə mətbuatı
A- A+

Sumqayıt bulvarının ərazisi şimala doğru 1 kilometr uzadılır.
 
Bu barədə Lent.az-a Sumqayıt Şəhər İcra Hakimiyyətinin mətbuat katibi Eyvaz Qocayev məlumat verib.
 
O bildirib ki, hazırda 106 hektar olan bulvarın ərazisi daha 32 hektar genişləndirilir:
 
”Ərazidə uşaqların mənalı istirahətini təmin etmək məqsədilə uşaq əyləncə mərkəzlərinin, fəvvarənin, müxtəlif attraksionların quraşdırılması nəzərdə tutulub. Yeni ərazidə restoranlar tikiləcək, çimərlik zonası salınacaq, 292 ədəd istirahət otaqlarının da inşa edilməsi planlaşdırılır. Bununla yanaşı genişləndirilən ərazidə 40 min kvadratmetr gəzinti zolağı, 16 metr enində yol və yaşıllıq zolağı salınacaq. Bu yol Səməd Vurğun küçəsinə birləşdiriləcək".
 
Dediyinə görə, bulvarın ərazisi genişləndirilən ikinci hissəsi bu ilin noyabr ayında əhalinin istifadəsinə veriləcək.
 
Xatırladaq ki, ümumi sahəsi 106 hektar, uzunluğu 4,2 kilometr olan Sumqayıt bulvarı 2016-cı ildə salınıb.

Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/313713

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR