ABŞ-ın Şimal-Qərb Universitetinin alimləri belə bir nəticəyə gəliblər ki, təkcə Birləşmiş Ştatlarda milyonlarla insan artıq çəki və diabetlə əlaqəli ürək çatışmazlığından əziyyət çəkir.

Alimlər artıq çəki və diabetin ömrün qısalmasına təsir göstərdiyini və insanların ən çox məhz ürək xəstəlikləri ilə əlaqədar xəstəxanalara düşdüyünü bildirir.

Metbuat.az xəbər verir bu barədə məlumatı "EurekAlert!" nəşri dərc edib.

Tədqiqatçılar bu nəticəni əldə etmək üçün 1999-2017-ci illər ərzində 48 milyon insanın ölüm səbəblərini araşdırmış Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzinin məlumatlarını təhlil edib. Onlar 35-84 yaş arasında olan insanlarda ürək çatışmazlığı ilə bağlı ölüm əmsalını yaş əsasında müəyyənləşdirib.

Məlum olub ki, son illər ürək əzələləri qüsurlarının müalicəsində böyük nailiyyətlərin olmasına baxmayaraq, 2012-ci ildən bəri ürək problemlərindən ölənlərin sayı getdikcə artır.

Hesablamalara görə, altı milyon insan ürək əzələlərinin disfunksiyasından əziyyət çəkir.

Alimlər bunun qarşısını almaq üçün əsas diqqəti yüksək qan təzyiqi, yüksək xolesterin miqdarı və diabet kimi risk faktorlarına yönəltməyi məsləhət görür.