“Atam dəfn olunanda səhnədə oxuyurduq” - Gülyaz və Gülyanaq

“Atam dəfn olunanda səhnədə oxuyurduq” - Gülyaz və Gülyanaq
14:32 7 Oktyabr 2019
124 Şou
Ölkə mətbuatı
A- A+

Xalq artistləri Gülyaz və Gülyanaq Məmmədovalar iki həftə öncə qəzada bacılarının həyat yoldaşı Mövsüm Məmmədkərimov barədə "X maqazin" verilişində danışıblar.

Milli.Az axşam.az-a istinadən bildirir ki, sənətçilər faciədən pis olduqlarını, yeznələri ilə münasibətlərinin yaxşı olduğunu yazıblar.

"Qəza olmuşdu, "Kamaz" xalam oğlunun üstündən keçmişdi. Birinin qırxı çıxmamış, o biri faciə baş verirdi. Atam, əmim, ustadımız Kamil müəllim, kürəkənimiz... ardıcıl acılar yaşadıq. Yeznəmiz bizimlə fəxr edirdi. Konsertimizə gəlməyə hazırlaşırdı".

Sənətçilər ağır itki ilə bağlı oktyabrın 30-na planlaşdırılan konsertlərini ləğv etməyəcəklərini söyləyib:

"Atamız rəhmətə gedəndə Gülyaz dövlət tədbirində, mən isə Avstriyada konsertdə idim. O, dəfn olunanda səhnədə oxuyurduq. Bu, bizim işimizdir. Atam bununla fərəhlənirdi. Bizi ekranda görəndə "oxuyan balalarım, sizinlə fəxr edirəm" deyirdi".

Milli.Az

 

Xəbərin orijinal ünvanı: https://news.milli.az/showbiz/792262.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR