Xalq artisləri ilk dəfə sponsorlarını AÇIQLADI - VİDEO - FOTO

Xalq artisləri ilk dəfə sponsorlarını AÇIQLADI - VİDEO - FOTO
15:17 23 Noyabr 2019
221 Şou
Ölkə mətbuatı
A- A+

ARB TV-nin "Show News" verilişinin növbəti müsahibləri xalq artistləri Gülyaz və Gülyanaq Məmmədova bacıları olub.

Milli.Az xəbər verir ki, sənətçilər bayağı ifaçıları sərt tənqid edib:

"Qəbul etmədiyim mahnılar çoxdur. Övladım "YouTube"u açıb o musiqiləri görür. Əlindən telefonu alıram ki, o musiqilərə qulaq asmasınlar. Bayağı musiqilərlə zövqlərin korlanmasını istəmirəm. Saxta "like"larla tamaşaçıları aldadırlar. Düşünürlər ki, buna çox baxırlar, gəl, bunu çağıraq. Bayağı ifaçıların Heydər Əliyev sarayında konsert verməyə səsləri, sənətləri olmalıdır. Bu sarayda fonoqrama oxumağa icazə yoxdur, canlı ifa lazımdır. Gəlsinlər görüm burada oxuya bilərlər? Sponsor tapıb konsert verirlər. Hər kəs bilir ki, bizim konsertlərdə sponsorumuz da olmayıb. Bizim sponsorumuz xalqdır. Səhnə mədəniyyəti başqa şeydir. Restoranda oxumağa konsert demək olmaz. O şou gecəsidir. İnanmıram ki, bizim statusumuzda olan ifaçılar gedib restoranda o cür konsert versin".

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/showbiz/804696.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR