"ABŞ ona görə ordadı ki, bu neft yataqlarının İŞİD-in əlinə keçməsini istəmirik"

"ABŞ ona görə ordadı ki, bu neft yataqlarının İŞİD-in əlinə keçməsini istəmirik"
09:57 24 Noyabr 2019
133 Dünya
Ölkə mətbuatı
A- A+

ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Robert O'Brayan Suriya hakimiyyətinin Fərat çayının kənarındakı neft yataqlarını İŞİD-dən qorumağa hazır olduğuna şübhə edir.

Milli.Az Trend-ə istinadən bildirir ki, Kanadada keçirilən təhlükəsizlik forumunda R.O'Brayandan ABŞ-ın Suriyanın şərqindəkı neft yataqlarını İŞİD-dən qorumaq üçün qoşunlarını saxlamağını bildirən prezident Donald Trampın sözlərinə aydınlıq gətirilməsi istənildi.

R.O'Brayan dedi: "ABŞ ona görə ordadı ki, bu neft yataqlarının İŞİD-in əlinə keçməsini istəmirik. Sonuncu dəfə rejim (Suriya hakimiyyəti) bu yataqlara sahib olduqda, İSİD onları (yataqları) təxminən 15 dəqiqədən sonra geri ala bildi".

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/world/804758.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR