ABŞ-dan İrana qarşı ŞOK PLAN: 3 min 500 silahlını...

ABŞ-dan İrana qarşı ŞOK PLAN: 3 min 500 silahlını...
09:53 29 Noyabr 2019
66 Digər
Ölkə mətbuatı
A- A+

Geri çəkiləcəyini açıqlayıb bəzi hərbi bazaları Rusiyaya verən Suriyada qalmağa qərlı olan ABŞ PKK/YPG ilə birlikdə yeni bir İŞİD teatrını ortaya qoyur.

Publika.az xəbər verir ki, PKK/YPG düşərgə və həbsxanalarda saxladığı İŞİD-çiləri azadlığa buraxarkən, ABŞ İŞİD-in qalıqlarına qarşı genişmiqyaslı əməliyyat başlatdığını elan verib. Qərb ölkələrinin Suriyadakı yeganə qalmaq səbəbi olan İŞİD ona verilən təlimatları yerinə yetirərək İran dəstəkli milislərə qarşı basqınlar təşkil edir. PKK-İŞİD teatrı ilə Suriyanın şimalında illərdir aparılan oyun indi daha cənubda ikinci dəfə icra olunur.

400-ü azadlıqda

AnkaranınPKK/YPG Təl Abyad həbsxanasındakı ən az 800 İŞİD-çi azadlığa buraxılıb” açıqlamasından 10 gün sonra bənzər xəbər Deyr-əz-Zordan gəlib. PKK Hol düşərgəsindəki 400-dən çox terrorçunu azadlığa buraxıb.

3 min 500-ü keçdi

Azadlığa buraxılan İŞİD-çilərə görə bağlı olduqları tayfalardan PKK-ya yüksək miqdarda ödənişlər edildiyi ortaya çıxıb. Yerli qaynaqların məlumatına görə, son 15 gündə PKK tərəfindən azadlığa buraxılan İŞİD-çi sayı 3 min 500-ü keçib. İŞİD-çilər Suriyanın cənub-şərqində toplanır. Hədəfləri isə əsasən, İran dəstəkli qruplardır.

60 maşınlıq konvoy

ABŞ isə PKK/YPG-nin terrorçuları buraxmasından sonra artan basqınları bəhanə edərək Suriyada yenidən əməliyyata başladığını yazılı açıqlama ilə elan edib. İlk dəfə kürdcə yayımlanan mesajda İŞİD-ə qarşı daha genişmiqyaslı və şiddətli əməliyyatların başladığı və davam edəcəyi bildirilib. Bu açıqlamadan sonra Amerika qüvvələri Suriyadakı hərbi varlığını artırmağa başlayıb. Əvvəlki gün İraqdan Suriyaya 60 avtomobillik konvoy göndərilib.

Zümrüd


Xəbərin orijinal ünvanı: https://publika.az/news/neareast/297561.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR