Türklərin şəhərində ard-arda partlayışlar

Türklərin şəhərində ard-arda partlayışlar
16:23 30 Noyabr 2019
81 Digər
Ölkə mətbuatı
A- A+

İraqın Kərkük şəhərində terror aktı baş verib.

Publika.az xəbər verir ki, şəhər mərkəzində ard-arda 3 partlayış olub.

Hadisə nəticəsində 16 nəfər yaralanıb. Olayın qurbanları mülki şəxslərdir.

Hücumun məsuliyyətini heç bir qruplaşma öz üzərinə götürməyib.

Qeyd edək ki, İŞİD terror təşkilatı 2014-cü ildə Mosul başda olmaqla, İraq torpaqlarının üçdən-birini ələ keçirmişdi. İraq gücləri 2017-ci ildə İŞİD-i torpaqlarından çıxarmışdı. Buna rəğmən, təşkilat Kərkük, Diyala, Mosul, Səlahəddin və Ənbar şəhərlərində terror aktları törətməyə davam edir.


Xəbərin orijinal ünvanı: https://publika.az/news/neareast/297719.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR