460 nəfər könüllü olaraq Almaniyadan

Ötən il 831 nəfər könüllü olaraq Avropadan Azərbaycana qayıdıb.

Beynəlxalq Miqrasiya Təşkilatından (BMqT) Metbuat.az-a verilən məlumata görə, BMqT-nin Könüllü Qayıdışa Yardım və Reinteqrasiya layihələri çərçivəsində 2019-cu il ərzində Azərbaycan vətəndaşı olan 831 nəfərin mənşə ölkəsinə könüllü qayıdışını təmin olunub.

Könüllü geri qayıdanların 460 nəfəri Almaniyanın, 264 nəfəri Niderlandın, 27 nəfəri Latviyanın, 16 nəfəri Türkiyənin, 13 nəfəri Avstriyanın, 10 nəfəri Gürcüstanın, 9 nəfəri Belçikanın, 8 nəfəri Litvanın, 7 nəfəri Polşanın, 6 nəfəri İsveçrənin, 4 nəfəri Macarıstanın, 3 nəfəri Finlandiyanın, 2 nəfəri İrlandiyanın, 1 nəfəri Çexiyanın və 1 nəfəri Bosniya və Herseqovinanın payına düşüb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR