Azərbaycan Prezidenti litvalı həmkarını təbrik etdi

Azərbaycan Prezidenti litvalı həmkarını təbrik etdi
16:12 15 Fevral 2020
47 Digər
Ölkə mətbuatı
A- A+

Prezident İlham Əliyev Litva Respublikasının Prezidenti Gitanas Nausedaya təbrik məktubu ünvanlayıb.
"Report"un xəbərinə görə, məktubda deyilir:
"Hörmətli cənab Prezident,
Litva Respublikasının milli bayramı münasibətilə Sizi və dost Litva xalqını Azərbaycan xalqı adından və şəxsən öz adımdan ürəkdən təbrik edirəm.
Azərbaycan-Litva dostluq münasibətlərinin bugünkü səviyyəsi məmnunluq doğurur. İnanıram ki, bu münasibətlərin bütün sahələrdə qarşılıqlı faydalı şəkildə genişlənməsi bundan sonra da xalqlarımızın mənafelərinə xidmət edəcəkdir.
Belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, xalqınıza sülh və rifah arzulayıram".

Xəbərin orijinal ünvanı: https://report.az/xarici-siyaset/azerbaycan-prezidenti-litvali-hemkarini-tebrik-etdi

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR