Bir sıra ölkədə koronavirus daşıyıcılarının sayı artdı

Bir sıra ölkədə koronavirus daşıyıcılarının sayı artdı
11:52 14 Mart 2020
84 Digər
Ölkə mətbuatı
A- A+

ABŞ, Panama, Rumıniya və yunan Kiprində koronavirusa yoluxanların sayı artıb.
“Report” xarici KİV-ə istinadən xəbər verir ki, koronavirus daşıyıcılarının sayı ABŞ-da 2 033, Panamada 36, Rumıniyada 95, Cənubi Kiprdə isə 21 nəfərə çatıb.
Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 145 ölkədə qeydə alınıb.
Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 145 816-ya çatıb. Bunların 72 550 nəfəri sağalıb, 5 438 nəfəri isə ölüb.
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib. Avropa isə pandemiyanın episentri sayılıb. 

Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/bir-sira-olkede-koronavirus-dasiyicilarinin-sayi-artdi14032020

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR