Koronavirusdan sağalan 103 yaşlı qadının ilk istəyi təəccübləndirdi -

ABŞ-ın Massaçutes ştatında koronavirusdan sağalan 103 yaşlı qadının ilk istəyi pivə içmək olub.

Metbuat.az xarici mətbuata istinadən xəbər verir ki, Ceni Stejna adlı qadın 14 gün karantində qalıb.

O, sonadək mübarizə apararaq xəstəliyə qalib gəlib. Qocalar evində qalan Stejnanın istəyi yerinə yetirilib və onun üçün pivə gətirilib. Qadının pivə içərkən çəkilən fotosu sosial şəbəkələrdə maraqla qarşılanıb.

Qeyd edək ki, 103 yaşlı qadının 2 uşağı, 3 nəvəsi, 4 nəticəsi və 3 kötücəsi var.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR