Kennedinin “İnstagram” hesabı niyə silinib?

Məşhur vaksin əleyhdarı Robert F.Kennedinin “İnstagram” hesabı silinib.

Metbuat.az xəbər verir ki, “Facebook” rəhbərliyi Kennedinin “İnstagram” profilinin sildiyini təsdiqləyib və bəyan edib ki, bu addım vaksinlər barədə paylaşılmış saxta məlumatların ləğvi istiqamətində görülən tədbirlər çərçivəsində atılıb.

Belə ki, Robert Kennedi koronavirus vaksinləri və onların təhlükəsizliyi barədə dəfələrlə saxta məlumat paylaşıb. “Facebook” şirkəti isə öz tabeliyində olan onlayn platformalarda koronavirus vaksinləri haqqında saxta məlumatların, uydurma fərziyyələrin qarşısının alınması istiqamətində ciddi tədbirlər görür.

Kennedinin rəhbərliyi altında fəaliyyət göstərən “Uşaqların sağlamlığının müdafiəsi” qrupu tamamilə əsassız şəkildə uşaqlarda yaranan xroniki xəstəlikləri vaksinlərlə əlaqələndirir.

“Facebook” şirkətinin sözçüsü bildirib ki, Kennedinin “İnstagram” hesabında bu mövzuda, koronavirus və vaksinlər barədə dəfələrlə dəlil-sübutsuz iddialar irəli sürülüb.

Kennedi vaksinlər və koronavirusun müalicəsi barədə saxta və təhlükəli məlumatları özünün “Facebook” profilində də yayıb. Amma onun “Facebook”dakı səhifəsi hələ aktivdir.

“Facebook” şirkətinin sözçüsü deyib ki, şirkət müxtəlif platformalarda istifadəçiləri avtomatik bloklaya bilmir.

Robert Kennedi vaksinlər barədə saxta məlumat yaydığına görə öz ailə üzvlərinin, bacı-qardaşının və digər qohumlarının da tənqidlərinə məruz qalıb. Yaxınları Kennedinin paylaşdığı məlumatların tamamilə əsassız olduğunu bildiriblər.(Novator.az)


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR