RUSİYA AYAQDA: Kreml mühasirəyə alındı - Yüzlərlə insan həbs olunub /

Rusiyanın bir sıra şəhərlərində keçirilən müxalif lideri Aleksey Navalnıya dəstək aksiyalarında 1000-dən çox nümayişçi saxlanılıb.

Metbuat.az xəbər verir ki, polisin xəbərdarlıqlarına baxmayaraq ölkənin 75 şəhərində ötən gün günorta saatlarından başlayaraq nümayişçilər küçələrə axışıb. Onlar “Navalnıya azadlıq!”, “Putin rədd ol” şüarları səsləndiriblər. Polis nümayişçiləri dağıtmaq üçün müdaxilə edib. Gecə saatlarında tərəflər arasında toqquşmalar qeydə alınıb. Moskva və Sankt-Peterburq şəhərlərində də gecə saatlarında polislə etirazçılar arasında qarşıdurmalar yaşanıb.

Təhlükəsizlik əməkdaşları Kremlin ətrafını mühasirəyə alaraq nümayişçilərin əraziyə yaxınlaşmağına imkan vermir.

Anar Türkeş / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR