Sahibkarlığın İnkişafı Fondu İsmayıllda 31 milyon manat kredit verib

İndiyə qədər İqtisadiyyat Nazirliyi yanında Sahibkarlığın İnkişafı Fondu İsmayıllı rayonunda fəaliyyət göstərən 546 sahibkarlıq subyektinə 31,3 milyon manat güzəştli kredit verib.

Metbuat.az xəbər verir ki, bunu nazir Mikayıl Cabbarov bildirib.

Onun sözlərnə görə, ötən il “Agro Life” MMC-yə məxsus olan və dəyəri 1,7 milyon manat olan investisiya layihəsinin 1 milyon manatı Fondun güzəştli kredit vəsaiti hesabına maliyyələşdirilib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR