Azərbaycanda "TikTok"a qoyulan məhdudiyyət götürülüb? -

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi “TikTok” sosial şəbəkəsinə girişin bərpa olunması xəbərinə münasibət bildirib.

Qurumdan Metbuat.az-ın sorğusuna cavab olaraq bildirilib ki, “TikTok” sosial şəbəkəsinə ölkə ərazisində giriş müvəqqəti olaraq məhdudlaşdırılıb:

"Sosial şəbəkəyə girişin müvəqqəti məhdudlaşdırılması ilə bağlı qərarda dəyişiklik olacağı halda aidiyyəti orqanlar bu barədə ictimaiyyəti məlumatlandıracaqlar".


15:39

Sosial şəbəkələrdə "TikTok"a qoyulan məhudiyyətin götürülməsi ilə bağlı məlumat yayılıb.

Metbuat.az xəbər verir ki, bəziləri bu platformaya VPN-siz daxil ola bildiyini qeyd etsə də, bəziləri hələ də daxil ola bilmir.

Məsələ ilə bağlı hər hansı rəsmi açıqlama verilməyib.

Qeyd edək ki, "TikTok"a giriş sentyabrın 14-də məhdudlaşdırılmışdı. Dövlət Təhlükəsizliyi Xidməti hərbi əməliyyatlarla bağlı ordumuzun uğurlarına kölgə salan, hərbi sirləri özündə əks etdirən, cəmiyyətdə yanlış fikir formalaşdırmaq məqsədi güdən məlumatların yayıldığını əsas gətirərək "Tiktok" sosial şəbəkə resursuna girişi məhdudlaşdırmışdı.

Xəbər yenilənəcək.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR