Fevralın 6-da Türkiyədə baş verən zəlzələ nəticəsində binaların kütləvi uçması ilə bağlı aparılan araşdırmalar çərçivəsində Nurdağı bələdiyyə başqanı Ökkeş Kavak saxlanılıb.

Metbuat.az Türkiyə mediasına istinadən xəbər verir ki, yeraltı təkanlar nəticəsində bu şəhər digərlərindən daha çox zərər çəkib.

Məlumata görə, Kavak Nurdağıda binaların tikintisi qaydalarının pozulması ilə bağlı işdə adı çəkilir. Bələdiyyə sədri ilə yanaşı, şəhərdə evlərin tikintisi ilə məşğul olan “CCK Construction” inşaat şirkətinin sahibi Yunus Kaya da saxlanılıb.