“WhatsApp”da inanılmaz yenilik - Səslər avtomatik dəyişəcək

“WhatsApp” istifadəçilərinin işini asanlaşdırmaq üçün yeni funksiyanı istifadəyə verib.

Metbuat.az xəbər verir ki, tətbiqin yeni beta versiyasında səsli mesajların avtomatik mətnə çevrilməsi funksiyası istifadəyə verilib. Məlumata görə, bu funksiya arzuolunmaz hallarda söndürülə bilər. Bu funksiya sayəsində “WhatsApp” istifadəçiləri daxil olan səsli mesajları dinləyə bilmədikdə onları mətnə çevirə biləcəklər.

Həmçinin, istifadəçilər axtarış edərək səsli mesajlarda istədikləri sözləri tapa biləcəklər. Hələlik test mərhələsində olan yenilik, istifadəçilər tərəfindən böyük maraqla qarşılanıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı