“WhatsApp” möhtəşəm yenilik etdi - FOTO

“WhatsApp”ın yeni funksiyası maraqla qarşılanıb.

Metbuat.az xəbər verir ki, artıq “WhatsApp” ağıllı saatlarda istifadə edilən “WearOS” əməliyyat sistemi ilə uyğunlaşdırılıb. Artıq smart saatlar vasitəsilə “WhatsApp” söhbətlərinə və mesajlarına daxil olmaq mümkün olacaq. “WhatsApp”ın “WearOS” tətbiqi söhbət mesajları və səsli mesajlar kimi funksiyaları ehtiva edir. Məlumata görə, yenilik hələlik test kimi istifadəyə verilib.

Məlumata görə, “WhatsApp” hesabını smart saata qoşarkən 8 rəqəmli kod görünür. Bu kod daxil ediləndə smart saat “WhatsApp”dan istifadə etmək üçün telefonla sinxronlaşır. Buradakı mesajlaşma da şifrələmə ilə qorunur. Tətbiqin ilk versiyasında hələ çox funksiyalar yoxdur. Məsələn, videoya baxmaq, axtarış etmək mümkün deyil. Lakin bunların həllini tapacağı gözlənilir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR