“Qarabağ” - “Zirə” matçında sürpriz nəticə qeydə alındı

Futbol üzrə Azərbaycan Premyer Liqasında 2023/24 mövsümünün I turunun daha bir oyunu keçirilib.

Metbuat.az xəbər verir, son çempion “Qarabağ” öz meydanında “Zirə” ilə qarşılaşıb.

Görüş qonaqların qələbəsi ilə başa çatıb - 1:0. Yeganə qolu 48-ci dəqiqədə Dmitrios Çantakias vurub.

Bu, “Zirə”nin tarixi ərzində “Qarabağ” üzərində ilk qələbəsi olub.

Qeyd edək ki, turun daha əvvəl baş tutan oyunlarında “Turan Tovuz" səfərdə “Araz-Naxçıvan”ı 3:0, “Sumqayıt” isə rəqib meydanında “Səbail”i 4:1 hesabı ilə məğlub edib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR