Xəbər verdiyimiz kimi Türkiyə Superliqasının 6-cı turunda "Kasımpaşa" - "Adana Demirspor"u qəbul edib.
Metbuat.az xəbər verir ki, Azərbaycan millisinin qapıçısı Şahrudin Məhəmmədəliyev 23-cü dəqiqədə meydana daxil olub. Millinin qapıçısı ilk qolu cərimə zərbəsindən, ikinci qolu isə penaltidən buraxıb. Oyun meydan sahiblərinin 2-1 qələbəsi ilə başa çatıb.