Şahrudinin klubuna məşhur məşqçi gətirilir

Vaxtilə "Fənərbaxça"nı çalışdırmış Vitor Pereyra Türkiyə Superliqasına qayıtmağa hazırlaşır.

Metbuat.az xəbər verir ki, Braziliyanın "Flamenqo" klubundan ayrılan Vitor Pereyra "Adana Dəmirspor" klubu ilə danışıqlar aparır. Məlumata görə, "Flamenqo" ilə uğurlar qazana bilməyən Vitor Pereyra Avropaya qayıtmaq istəyir. Türkiyə mediasının məlumatına görə, Pereyra Türkiyədə işləməyə qarşı çıxmayıb. Qeyd edək ki, məşqçilik fəaliyyətinə “Portu”da başlayan Pereyra "Əl Əhli", "Olimpiakos", "Fənərbaxça", "1860 Münhen", "Şanxay Port", "Korintians" və "Flamenqo” klublarında işləyib.

Azərbaycan millisinin qapıçısı Şahrudin Məhəmmədəliyev "Adana Dəmirspor"da çıxış edir. Adana klubu son olaraq XIV turda evdə "Samsunspor"a 2:3 hesabı ilə uduzub və bundan sonra məşqçi Patrik Kluvyert klubdan ayrılıb. Bu matçda qapını Şahrudin Məhəmmədəliyev qoruyub.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı