​Flikdən “Barselona”ya jest - Heç bunu Xavi etməmişdi

"Barselona" ilə 2 illik müqavilə imzalayan Hansi Flikin maaşı açıqlanıb.

Metbuat.az xəbər verir ki, "Barselona"nın yeni baş məşqçisi Hansi Flikə illik 9-11 milyon avro maaş ödəyəcəyi iddia edilib. “Sky Sport”un xəbərinə görə, Flik Kataloniya klubundan ildə 9-11 milyon avro arası maaş alacaq. Alman məşqçinin müqaviləsində bonuslar da var. Bu məbləğ isə “Barselona”nın Xavi Hernandezə ödədiyi məvacibdən təqribən 3 milyon avro azdır. Bu arada, Flik Almaniya U19 Milli komandasının köməkçi məşqçisi olan Heiko Vestermanın texniki heyətə cəlb edilməsini istəyib.

Xəbərdə deyilir ki, Hansi Flik təcrübəsi, ispan dilini bilməsi və Almaniyadakı uğurlu karyerası ilə güvəndiyi Vestermanı heyətə cəlb etmək istəyir və “Barselona” rəhbərliyi bu mövzuda danışıqları davam etdirir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı